Sabiq qapıçı: "Üzr istə və istefa et"

13:12 4 Fevral 2016

"Valensiya"nın sabiq qapıçısı Santiyaqo Kanizares "Kamp Nou"da 7:0 hesablı məğlubiyyətdən sonra baş məşqçi Qari Nevillin üzr istəyib istefa etməsininin lazım olduğunu bildirdi.
Sportarena.az xəbər verir ki, qapıçı "tvitter" sosial şəbəkəsində paylaşdığı yazıda:
"Məncə "Valensiya" tarixinin ən ağır məğlubiyyətini aldı. Baş məşqçinin üzr istəyib istefa etməsini istəyirəm. Rəhbərliyin Nevillə güvəndiyini deməsi mənə çox pis təsir etdi", - deyə bildirib.

Qeyd edək ki, dekabr ayından  "Valensiya"nın baş məşqçi postuna keçən Nevil çempionatda qələbə qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti