"Atletico"nun müdafiəçisi Filipe Luis "Barselona"ya qarşı keçirilən matçda Lionel Messiyə qarşı sərt hərəkət etdiyi üçün cəzalanıb.
Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu bu hərəkətinə görə 3 oyunluq meydandan uzaqlaşdırılıb. O, "Eybar", "Xetafe" və "Vilyareal"la oyunlarda komandasına kömək edə bilməyəcək.