"Atletiko" əsas heyətə düşə bilməyən futbolçusu Cekson Martinesi Çin klubuna satıb.
Sportarena.az xəbər verir ki, hücumçu "Quançjou Everqrand" klubu ilə 4 illik müqavilə imzalayıb. Bu transfer üçün "Quançjou Everqrand" "Atletiko" klubuna 42 milyon avro ödəyəcək.
Qeyd edək ki, C.Martines ötən ilin yayında "Portu"dan "Atletiko"ya transfer olunmuşdu.