Millimizin oyunları canlı yayımda

16:59 2 Fevral 2016

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi oyunlar canlı yayımlanacaq.

Sportarena.az xəbər verir ki, azarkeşlər yığmamızın oyunlarını "CBC Sport" kanalı vasitəsilə canlı izləyə biləcəklər.

Xatırladaq ki, D qrupunda mübarizə aparacaq millimiz sabah İtaliya, iki gün sonra isə Çexiya yığması ilə qarşılaşacaq. Serbiyanın Belqrad şəhərində keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq.

affa.az


Digər xəbərlər

Xəbər xətti