Zidan: "Barselona"ya çatmaq çətin olacaq"

10:37 2 Fevral 2016

"Real" klubunun baş məşqçisi Zinəddin Zidan komandasının La Liqadakı çempionluq şanslarını dəyərləndirib.

Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis turnir cədvəlində "Barselona"ya çatmağın çətin olacağını bildirib:

"Hazırda əsas məqsədimiz hər oyundan maksimum nəticə ilə ayrılmaqla mövsümün sonuna qədər çempionluq iddiamızı davam etdirməkdir. Əlbəttə, "Barselona"ya çatmaq çətin olacaq. Ancaq futbolda mümkünsüz heç nə yoxdur. Sonadək mübarizə aparacağıq. Lakin bundan sonra xal itirməməliyik. Əks halda işimizi daha da çətinə salacağıq".

Qeyd edək ki, 47 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Real" lider "Barselona"dan 4 xal geri qalır. Ancaq Kataloniya təmsilçisi bir oyun az keçirib.


Digər xəbərlər

Xəbər xətti