"Real"ın futbolçusu Kriştian Ronaldo bu mövsümə komandanın hazırlığının yaxşı səviyyədə olmadığını düşünür.
Sportarena.az xəbər verir ki, ulduz futbolçu mövsümün əvvəlində Rafael Benitesin başçılığı altında hazırlıqlarından danışaraq:
"Mövsümöncəsi hazırlıq yaxşı olmadığına görə son günlər çox çalışmalı oluruq. Hazırlığın yüksək səviyyədə olmamasının əsas səbəbi isə müxtəlif yerlərə turlarla bağlı idi. Zizu komandaya fərqli ideyalarla gəlib. Bu ideyalar bizə uyğundur. İndi komanda daha yaxşı çalışır. Zidan isə fenomenal bir iş görür.Mən özüm də optimal formama yaxınlaşıram", - deyə qeyd edib.
Qeyd edək ki, Zidanın rəhbərliyi altında Real 4 oyuna 10 xal toplayıb.