"Çelsi"nin müdafiəçisi Con Terri komandadan ayrılmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, 14 yaşından "Çelsi"nin heyətində çıxış edən futbolçu artıq İngiltərədə oynamaq istəmədiyini açıqlayıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu London klubu ilə 4 Premyer Liqa, 5 Federasiya kuboku, 3 Liqa kuboku, 1 dəfə isə Çempionlar Liqası və Avropa Liqasının kubokunu qazanıb.