"Barselona"nın braziliyalı forvardı Neymarın məvacibi gələn mövsümdən etibarən təqribən 2 dəfə artırılacaq.
Sportarena.az xəbər verir ki, Braziliya yığmasının hücumçusu 2016/17 mövsümündə hazırki 9,1 milyon avrodan 17,6 milyon avroya qaldırılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Barselonanın Messinin məvacibini qaldıracağı xəbəri də yayılmışdı.