"Kəpəz" "İnter"in futbolçusu ilə müqavilə bağladı

11:51 29 Yanvar 2016

Əsas komanda ilə yanaşı, "Kəpəz"in əvəzedici heyətinə də bir futbolçu cəlb olunub. Sportarena.az xəbər verir ki, mövsümün ilk yarısında “İnter”in əvəzedicilərində çıxış etmiş Qaraxan Əliyev “Kəpəz”ə keçib. Gəncə futbolunun yetirməsi ilə üç illik müqavilə bağlanıb.

“Kəpəz”in əsas heyətini isə bir futbolçu tərk edib. Qarşılıqlı razılıq əsasında Rəşad Eyyubov “Qəbələ”yə keçib.  


Digər xəbərlər

Xəbər xətti