"Barselona"nın türkiyəli futbolçusu Arda Turan keçmiş klubu "Atletiko"ya qarşı keçiriləcək matç barədə fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, futbolçu klubun telekanalına verdiyi açıqlamada:
"Bu mənim üçün çox önəmli bir oyundur. 3 xalı almağımız lazımdır və qazanacağımız qələbə ilə liderliyimizi möhkəmləndirməliyik. Matçdan əvvəl və sonra həyəcanlı bir zaman olacaq. Amma oyun əsnasında mənim üçün hər şey normal olacaq." - deyə fikir bildirib.