"Atletiko"nun hücumçusu Fernando Torres komandadan ayrılacaq.
Sportarena.az xəbər verir ki, klubun prezidenti Miqel Anxel Gillə görüşən Dieqo Simeone cari mövsüm cəmi iki qol vuran Torresi komandasında görmək istəmədiyini və onun fevralın 1-nə qədər "Atletiko"dan göndərilməsini tələb edib.
İspaniyalı futbolçu Simeone ilə görüşsə də, onun qərarını dəyişə bilməyib.
Qeyd edək ki, 31 yaşlı futbolçunun müqavilə ilə məxsus olduğu "Milan"a qayıdacağı gözlənilir.