Arda "Atletik"ə qarşı oynamayacaq

16:19 27 Yanvar 2016

"Barselona"nın türk ulduz futbolçusu Arda Turan bu gün İspaniya kuboku çərçivəsində "Atletik" Bilbaoya qarşı keçiriləcək matçı buraxmalı olacaq.
 
Sportarena.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi hərarəti olduğuna görə bu matçın 18 nəfərlik heyətinə daxil edilməyib. Jordi Alba və Rafinya da zədə səbəbindən matçı buraxmalı olacaq.
 
Qeyd edək ki, bu komandalar arasında Bilbaoda keçirilən ilk qarşılaşma "Barselona"nın 2 - 1 hesablı qələbəsi ilə başa çatmışdı. 


Digər xəbərlər

Xəbər xətti