Yığmamızın yarımmüdafiəçisi Eddi İsrafilovun "Alaves"ə keçidi baş tutmaya bilər. Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun müqavilə ilə məxsus olduğu "Real Mursiya"nın ona görə aşağı dəstə klubundan çox pul tələb etməsidir.
Məbləğ açıqlanmasa da, "Alaves" bunu ödəmək niyyətində deyil. Belədə "Eybar"da icarə əsasında çıxış edən İsrafilovun transferi mümkünsüz görünür.
Qeyd edək ki, Eddi müqavilə ilə 2017-ci ilin yayınadək "Real Mursiya"ya məxsusdur.