"Bavariya"nın hücumçusu Robert Levandovskiyə təkliflər gəlməkdə davam edir. Sportarena.az xəbər verir ki, polşalı futbolçu bu dəfə Madrid "Real"ın maraq dairəsinə düşüb.
"Kral klubu" 27 yaşlı futbolçunun transferi üçün 100 milyon avrosundan keçməyə hazırdır. Lakin Levandovski ilə PSJ-nin də maraqlanması "Real"ın işini çətinə salıb. Paris klubunun da mövsümün sonunda Levandovski üçün yüksək məğləğindən keçəcəyi gözlənilir.
Qeyd edək ki, Levandovski cari mövsüm Bundesliqada keçirdiyi 17 oyunda 17 qol vurub.