"Barselona"nın 2016/17 mövsümündə geyinəcəyi yeni formasının eskizləri peyda olub.
Sportarena.az xəbər verir ki, əsas formada göy-qırmızı zolaqlar bu ilki kimi üfüqi deyil , ənənəvi hal alaraq yenə də şaquli olacaq. Komandanın formasında titul sponsoru kimi "Qatar Airways" şirkəti cızılıb.
Qeyd edək ki, gələn il bu şirkətin sponsor kimi qalacağı hələlik dəqiq deyil.