"Barselona"da ciddi itki

22:11 19 Yanvar 2016

İspaniya La Liqasının 20-ci turunda evdə "Atletik" (Bilbao) klubunu darmadağın edən (6:0) "Barselona" ciddi itki ilə üzləşib.

Kataloniya təmsilçisinin müdafiəçisi Xordi Alba zədələnərək sıradan çıxıb.

Oyunun gedişində sağ ayağında ağrılar hiss edən ispaniyalı futbolçu 69-cu dəqiqədə əvəzlənib. Onun 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir. 

Qeyd edək ki, "Atletik"lə görüşdə "Barselona"nın digər futbolçusu Lionel Messi də zədə səbəbindən oyunu davam etdirə bilməyib.


Digər xəbərlər

Xəbər xətti