İspaniya La Liqasında 20-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" evdə "Qranada" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 5:1 hesabı ilə başa çatıb.
Fasiləyə 2:0 hesabı ilə öndə yollanan "Eybar" ikinci hissədə daha 3 dəfə fərqlənərək görüşdən qalib ayrılıb. İsrafilov ehtiyatda olsa da, baş məşqçi bu görüşdə millimizin üzvünə şans verməyib.
Qeyd edək ki, bu qələbədən sonra xalını 33-ə yüksəldən "Eybar" turnir cədvəlinin 6-cı, "Qranada" isə 17 xalla 17-ci pilləsində qərarlaşıb.