İspaniya "Kral Kuboku"nun "Espanyol"a qarşı oyununda "Barselona"nın müdafiəçisi Dani Alveş tərbiyəsiz hərəkətlə yadda qalıb.
Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu azərkeşə qarşı qeyri etik hərəkət edib.
Hakim bu epizodu görməsə də Alveşin hərəkəti kameralardan yayınmayıb.
Qeyd edək ki, Braziliyalı ulduz onu söyən azarkeşlərə arxasını göstərib. Alvesin bu hərəkəti intizam komitəsinə çıxarılsa futbolçu cəzadan qaça bilməyəcək.