"Barselona"nın uğurlu oyunlar seriyası davam edir.
Sportarena.az xəbər verir ki, İspaniya kubokunda "Espanyol"u yenərək 1/4 finala çıxan Kataloniya klubu artıq 21 oyundur uduzmur.
Sonuncu məğlubiyyətini La Liqanın VII turunda "Sevilya"ya yenilən Luis Enrikenin yetirmələri bundan sonra meydana çıxdığı 21 rəsmi matçda 16 qələbə qazanıb və 5 heç-heçə edib.