"Atletiko" FİFA-nın verdiyi transfer qadağası ilə bağlı cəzaya etiraz etmək üçün apellyasiya şikayəti verəcək.
Sportarena.az xəbər verir, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Madrid klubu verilən cəza ilə razılaşmadığını açıqlayıb.
Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün FİFA "Atletiko"ya transfer qadağası qoyub.Cəza qarşıdakı iki transfer pəncərəsinə şamil ediləcək. Bundan başqa "Atletiko" 900 min İsveçrə frankı məbləğində cərimələnib.