Futzal yığmamızın heyəti açıqlandı

17:13 8 Yanvar 2016

Futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, baş məşqçi Tino Perez Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə yanvarın 11-dən 19-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına 15 futzalçı dəvət edib.

 

Toplanışa bu futzalçılar dəvət edilib: Rövşən Hüseynli, Elnur Zamanov, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Arauxo, Eduardo Mello Borqes, Xətai Bağırov, İsa Atayev.


Digər xəbərlər

Xəbər xətti