Yığmamız rəqib tapa bilmir

18:24 7 Yanvar 2016

Azərbaycan Futzal Federasiyası yığma komandamız üçün sınaqçı rəqib axtarışlarını davam etdirir. Sportarena.az xəbər verir ki, federasiya rəhbərliyi hazırda Qazaxıstan və Ukrayna ilə danışıq aparır.

Bu komandalardan hansısa Bakıya gəlməyə razı olsa, yığmamızla iki yoxlama görüşü keçirmək imkanı qazanacaq. Həmin oyunların 24 və 26-da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə hazırlaşır. Serbiyanın paytaxtı Belqradda baş tutacaq qitə birinciliyi fevralın 1-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti