Ramin Musayevdən Babək Quliyev açıqlaması

10:23 5 Yanvar 2016

"İndiyədək gedişinə heyfsiləndiyim, "Kaş getməyəydi, qalardı" dediyim hakim var. Desəm, özü başqa cür qəbul edər. Amma çəkinmədən deyirəm: Bu, Babək Quliyevdir. Çox gözəl hakim idi. Təəssüf ki, aramızda olmadı".

 

Sportarena.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində deyib. Musayev keçmiş FİFA referisinin futboldan getməsinə heyfsiləndiyini vurğulayıb:

 

"Mən həyatım boyu düzünü deyən hakiməm. Soruşdunuz, dedim". PFL prezidenti digər hakimlərin kənarlaşdırılmasına qətiyyən təəssüflənmədini əlavə edib: "Bunu kim necə istəyir, elə də qəbul etsin. Babək Quliyevdən başqa digərlərinin hakimlikdən kənarlaşdırılmasına heyfsilənmirəm".

 

Qeyd edək ki, Babək Quliyev 2009-cu il martın 16-da hakimlikdən kənarlaşdırılıb. Rəsmi səbəb kimi Hakimlər Komitəsinin "Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin "h” bəndinə uyğun olaraq, Quliyevin hakim adına xələl gətirən nöqsanlara yol verməsi göstərilib. (sportnet.az)


Digər xəbərlər

Xəbər xətti