Premyer Liqanın XII turunda səfərdə "Xəzər Lənkəran"ın qonağı olan "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb:
"Sıx qrafiki qələbə ilə başa vurduq. “Xəzər Lənkəran”la görüşdən sonra bir müddət istirahət etmək imkanımız olacaq. Futbolçulardan və qazanılan nəticədən razıyam. “Xəzər Lənkəran”ın heyətində yaxşı gənc oyunçular var. Onlar gələcəkdə Azərbaycanın əsas futbolçularından olacaqlar".