Klubumuz "Qalatasaray"la qarşılaşacaq

13:39 3 Oktyabr 2015

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət "Telekom” komandası hazırda Türkiyədədi.

 

Sportarena.az xəbər verir ki, yeni mövsüm üçün təlim-məşq toplanışını Bakıda davam etdirən paytaxt təmsilçisi Bursada beynəlxalq turnirə qatılacaq. 

Belə ki, bu gün "Bursa Böyükşəhər Bələdiyyəspor” klubunun təşkilatçılığı ilə Çengiz Göllünün xatirəsinə həsr olunan yarış keçiriləcək. Qitənin güclü komandalarının mübarizə aparacağı turnirə Azərbaycandan "Telekom” da dəvət alıb və klub rəhbərliyi yarışda iştirakı təsdiqləyib. 5 gün davam edəcək turnirə Zoran Qayiçin yetirmələri ilə yanaşı, ev sahibləri, "Qalatasaray” (Türkiyə), "Kann” (Fransa), "Atom” (Polşa) və "Proton” (Rusiya) klubları qatılacaq. Bu yarış ötən ildən keçirilməyə başlayıb.


Digər xəbərlər

Xəbər xətti