İspaniya La Liqasında 6-cı turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Eybar” öz meydanında “Selta Viqo” ilə 1:1 hesablı heç-heçə edib. İsrafilov matçın 69-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Eybar” 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.