"Barselona" qələbə qazandı, “Real” "Malaqa" ilə bacarmadı - YENİLƏNİB

01:21 27 Sentyabr 2015

İspaniya La Liqasında VI tur davam edir. Sportarena.az xəbər verir ki, bu günü daha 4 oyun keçiriləcək.

 

Ötən tur səfərdə səfərdə "Selta"ya 1:4 hesabı ilə uduzaraq, azarkeşlərini məyus edən "Barselona" doğma meydanda debütant "Las Palmas"ı qəbul edəcək. Lider "Real" isə "Santyaqo Bernabeu"da "Malaqa" ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Günün son görüşlərində "Sevilya" "Rayo Valyekano"nu, "Vilyareal" isə "Atletiko"nu qəbul edəcək.

 

İspaniya La Liqası, VI tur

 

26 sentyabr

 

 “Barselona” – “Las Palmas” 2:1

 “Real” – “Malaqa” 0:0

 “Sevilya” – “Raya Valeykano” 3:2

“Vilyareal” – “Atletiko” 1:0


Digər xəbərlər

Xəbər xətti