Böyükağa Hacıyev: "Hansı böyük oyun? Bu əhvalatı yığışdırın" - MÜSAHİBƏ

11:40 22 Sentyabr 2015

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Sportarena.az saytına müsahibəsi

 

- Böyükağa müəllim, "Böyük oyun"u izlədinizmi?

- Siz hansı "Böyük oyun"dan söhbət edirsiz? 2 gün öncə olan?

 

- Təbii ki...

- Boş ver getsin. Hələlik bu əhvalatı yığışdırın.

 

- Yaxşı, sualı belə qoyaq. "Neftçi" - "Xəzər Lənkəran" oyununa baxdınızmı?

- Bəli.

 

- Televizorda, yoxsa tribunada?

- Ümumiyyətlə, mən oyunlara televizorda baxıram. Yadınızdan çıxmasın.

 

- "Neftçi"dən istefa verdikdən sonra belə edirsiz, yoxsa həmişə televiziya vasitəsilə baxmısız?

- Mənim üçün futbola televizorda baxmaq daha rahatdır.

 

- Qarşılaşma ilə bağlı nə deyə bilərsiz? Meydanda gedən oyundan razı qaldınızmı?

- Bilirsiz necədi. Açığı, hər iki komanda zəif oynadı. Hər ikisi eyni səviyyəli komandalardı. Birində var Araz Abdullayev, digərində Rahid Əmirquliyev. Birində Ramos, digərində Skarlatake. Düzdü, Skarlatake meydandan bir qədər tez çıxdı. Buna baxmayaraq, eyni səviyyəli komandalardı. Mənə elə gəlir ki, komandalar öz gələcəklərini fikirləşməlidirlər. Gələcək onlar üçün çox ağır görünür. Bu gün "Netçi" ilə "Xəzər Lənkəran" bir-biri ilə bacarmırsa, sabah "Qarabağ"a, "Qəbələ"yə qarşı necə oynayacaqlar? Bu gün Azərbaycan futbolunda iki meyar qalıb: bir "Qarabağ", bir "Qəbələ". İkinci komanda tapıb demək mümkün deyil.

 

- Sizcə, "Neftçi" - "Xəzər Lənkəran" oyununda 1 xalı kim qazandı, 2 xalı kim itirdi?

- Əlbəttə, "Neftçi" itirdi.

 

- Maraqlıdı, nəyə görə bu fikirdəsiz?

- "Xəzər Lənkəran" 10 nəfərlə qaldıqdan sonra "Neftçi" oyunu taleyini həll etməli idi.

 

- Bəs bunun üçün "Neftçi"yə nə çatmadı?

- "Neftçi"yə qələbə qazanmaq üçün həlledici zərbələri vuran futbolçu çatmadı.

 

- Yeni hücumçu transfer ediblər. Anyeteni nəzərdə tuturam...

- Mən onda heç nə görmürəm. Ola bilər, bəlkə hələ adaptasiya dövrü keçir, gözlədiyimidən də yaxşı olacaq. Ancaq bu gün heç kimdi.

 

- Oyundan sonra Rəhim Həsənovun idarəçiliyi ilə bğlı bəi fikirlər səsləndirildi, narazılıqlar oldu. Siz hakimliyi necə qiymətləndirərdiz?

- Mənə elə gəlir ki, hakim meydanda elə ciddi səhvlər etmədi. Nə var idi, onu çaldı.

 

Elnur SALAHOV


Xəbər xətti