“Qəbələ”nin bu cür oynamasını gözləmirdik" - Vladan Miloyeviç

00:01 24 İyul 2015

“Çukariçki”nin baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyunundan sonra keçirdiyi mətbuat konfransında qarşılaşma barədə bunları bildirib.

 

“Biz matça tam hazır olsaq da, “Qəbələ”nin bu cür oynamasını gözləmirdik. Bu cür matça hazır deyildik. Bakıya bir qol üçün gəlmişdik. Təəssüflər olsun ki, bacarmadıq. Əgər şanslarımızdan istifadə etsəydik, qələbə qazanardıq. Rəqibin vurduğu hər iki qol bizim futbolçuların səhlənkarlığından oldu. Bəxtimiz də üzümüzə gülmədi”.


Digər xəbərlər

Xəbər xətti