"İnter" - "Laçi" matçının hakimləri bəlli oldu

19:35 6 İyul 2015

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İnter" - "Laçi" matçının hakimləri bəlli olub.

"İnter Arena"da keçiriləcək oyuna qazaxıstanlı hakimlər təyinat alıb. Matçın baş hakimi olacaq Aleksandr Əliyevə həmyerliləri Sergey Vasyutin və Samat Terqeussizov köməklik edəcək. Dördüncü referi funksiyasını Denis İzmaylov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 9-da keçiriləcək "İnter" - "Laçi" oyunu saat 21:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti