Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşib. SportArena.az xəbər verir ki, Serbiya çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibi bəlli olub.
 
Səfər oyununda “Napredak”a 2:0 hesabı ilə qalib gələn “Partizan” çempion adını qazanıb. 28 turdan sonra xal hesabını 69-a çatdıran Belqrad klubu əzəli rəqibi “Srvena Zvezda” üçün əlçatmaz olub.
 
İzləyicisi ilə xal fərqini 11-ə çatdıran “Partizan” 7-ci dəfə Serbiya çempionu olub. “Ağ-qaralar” buna son 8 mövsümdə nail olub.
 
Qeyd edək ki, “Partizan” Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq. 
                       
                                               
                        
 
                
                              
 
                       
                                            
 
