Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
SportArena.az xəbər verir ki, baş tutacaq bir oyundan sonra ilk finalçı müəyyənləşəcək.
Almaniyada "Bavariya" "Barselona"nı qəbul edəcək. Səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Bavariya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Kataloniya təmsilçisinin bu üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür.
12 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya)   3:2
(İlk oyun - 0:3) 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
