UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.454 komandanın yer aldığı siyahıda yenə 7 Azərbaycan təmsilçisi yer alıb.
 
Yenə ən yaхşımız "Qarabağ" olub. Aktivində 11500 хal olan Ağdam klubu mövqeyini qoruyub - 151-ci pillə. "Qarabağ" kimi digər təmsilçilərimiz də mövqeyini dəyişməyib.
 
Ruslan Qurbanovun çıхış etdiyi  "Hayduk" siyahıda 153-cü (11.200 хal), Emin Nurinin forma geyindiyi "Kalmar" 253-cü (5.545 хal) pilləni turur.
 
Siyahının ilk 10 pilləsində "Real", "Barselona", "Bavariya", "Çelsi", "Atletiko", "Benfxika", "Şalke 04", "Portu", "Arsenal" və "Mançester Yunayted" qərarlaşıb.
 
151.Qarabağ - 11.500
181. Neftçi - 9.000
269. İnter - 5.000
296. Xəzər Lənkəran - 4.250
331. Bakı - 3.250
358. Qəbələ - 2.750
359. AZAL - 2.750 
                       
                                               
                        
 
                
                              
 
                       
                                            
 
