“Valensiya”nın qapıçısı Dieqo Alves “Real Madrid”lə oyunda penaltini qaytarmaqla tarixə düşüb.
SportArena.az xəbər verir ki, Kristiano Ronaldonun penalti zərbəsində qola icazə verməyən braziliyalı qapıçı İspaniya çempionatındakı karyerasında 16-cı dəfə belə müvəfəqqiyət qazanıb.
 
Bununla da o, əfsanəvi ispan qapıçı, “Barselona”, “Atletik” və “Valensiya”nın keçmiş üzvü Andoni Subizarettanın rekordunu təkrarlamış olub. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
