Transfer hüququ “Milan”a məxsus olan Robinyo karyerasını Braziliyada davam etdirir.
İcarə əsasında “Santos”da çıxış edən futbolçunu milanlılar yenidən komandaya qaytarmaq istəyir. Lakin braziliyalı hücumçu vətənini tərk etmək fikrində deyil:
“Hələ ki, "Santos”dan ayrılmaq niyyətim yoxdur. Klubda maliyyə sıxıntısı olduğu üçün maaşlarımızı vaxtında almırıq. Ona görə də, qısa müddətdə burada özümü göstərib başqa komandaya keçmək istəyirəm. İtaliyaya qayatmağıma gəlincə, hələ belə bir şey yoxdur. “Milan”la müqaviləm olsa da, vətənimdə qalmağa çalışacağam”.