Bu gün futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportarena.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə Bakı vaxtı ilə saat 15:00-da, Avroliqaya həsr olunmuş hissə isə 1 saat sonra başlanacaq.
Püşk "kor" olacaq, yəni bütün komandalar eyni səbətdə yer alacaq. İlk oyunlar aprelin 14-15-də, cavab qarşılaşması isə aprelin 21-22-də keçiriləcək. Bundan sonra, aprelin 24-də Nyonda yarımfinal mərhələsinin püşkü atılacaq. Final qarşılaşması iyunun 6-da Berlindəki (Almaniya) "Olimpiastadion"da baş tutacaq.
Avropa Liqasında da püşk "kor" olsa da, Rusiya və Ukrayna klubları iki ölkə arasındakı siyasi gərginlik səbəbindən bir-biri ilə qarşılaşa bilməyəcək. 1/4 final mərhələsinin oyunları aprelin 16-da və 23-də, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 24-də keçiriləcək, görüşlər isə mayın 7-də və 14-də baş tutacaq. Varşavadakı (Polşa) Milli Stadionda keçiriləcək final qarşılaşması isə mayın 27-də olacaq.
|
Çempionlar Liqası |
|
|
Bavariya |
Almaniya |
|
Monako |
Fransa |
|
PSJ |
Fransa |
|
Atletiko Madrid |
Ispaniya |
|
Barselona |
İspaniya |
|
Real Madrid |
İspaniya |
|
Yuventus |
İtaliya |
|
Portu |
Portuqaliya |
|
Avropa Liqası |
|
|
Volfsburq |
Almaniya |
|
Brügge |
Belçika |
|
Sevilya |
Ispaniya |
|
Zenit |
Rusiya |
|
Fiorentina |
İtaliya |
|
Napoli |
İtaliya |
|
Portu |
Portuqaliya |
|
Dnepr |
Ukrayna |
|
Dinamo |
Ukrayna |