"Barselona" Poqbanı istəyir

11:54 28 Fevral 2015

"Barselona" "Yuventus"un futbolçusu Pol Poqbanın transferi üçün oyunçunun meneceri Mino Railo ilə danışıqlara başlayıb.

 

 

Sportaren.az xəbər verir ki,  "Barsa"nın prezidenti Josep Maria Bartomeu M.Railo ilə klubun binasında görüşüb və transfer şərtlərini müzakirə edib. P.Poqbanın meneceri fransalı futbolçunun təzminat qiymətinin 100 milyon avro olduğunu bildirib.

 

Qeyd edək ki, "Barselona"nın 2016-cı ilə qədər transfer etməsinə qadağa qoyulub. Bu səbəbdən Kataloniya klubu P.Poqbanın meneceri ilə razılığa gəlsə belə, o, cəzanın müddəti başa çatana kimi "Barsa"da oynaya bilməyəcək. İspaniya klubunun  P.Poqba ilə rəsmi müqavilə imzaladıqdan sonra 2016-cı ilə qədər onu "Yuventus"da icarə əsasında oynatmağı planlaşdırdığı iddia edilir.

 


Digər xəbərlər

Xəbər xətti