Türkiyə Superliqasında XX tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, ilk oyun gününə 3 qarşılaşma baş tutub.
Turun açılış matçında "Karabükspor" və "Kasımpaşa" üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib - 0:0.
Günün digər matçında "Akhisar" doğma publika önündə "Ərciyəsspor"u qəbul edib. Meydan sahibləri minimal hesablı qələyəyə sevinib.
"Fənərbaxça" səfərdə "Qaizantepspor"un qonağı olub. İstanbul klubu rəqibinə divan tutub.
Beləliklə, Qaizantep təmsilçisini 0:5 hesabı ilə məğlub edən İsmayıl Kartalın komandası müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.
Trun II günü “Beşiktaş” “Bursaspor”u, “Trabzonspor” “Başakşəhər”i sınağa çəkib. Hər iki görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.
Turun son oyun günündə “Qalatasaray” öz meydanında autsayder “Balıkəsirspor"u,“Əskişəhərspor” isə səfərdə “Gənclərbirliyi”ni məğlub edib.
Türkiyə Superliqası
XX tur
14 fevral
“Karabükspor” – “Kasımpaşa” – 0:0
“Akhisar” – “Ərciyəsspor” – 1:0
Qol: Ferreyra, 75
“Qaziantepspor” – “Fənərbaxça” - 0:5
Qollar: Emenike, 7, Kuyt, 58, Sou, 60; 68, Əmrə, 72-pen
15 fevral
“Konyaspor” – “Sivasspor” - 0:1
Qol: Taouil, 49
“Rizəspor" – “Mersin İdmanyurdu” - 0:4
Qollar: Futaks, 7; 86, Nakoulma, 49; 90
“Beşiktaş” – “Bursaspor” - 3:2
Qollar: Demba Ba 23; 90+4-pen, Törə, 87 - Bakambu, 12, Tufan, 90+1
“Trabzonspor” – “Başakşəhər” - 3:2
Qollar: Ekici, 14, Yılmza, 24, Hurmacı, 53 – Təkdəmir, 18, Viska, 26
16 fevral
“Gənclərbirliyi” – “Əskişəhərspor” - 1:2
Qollar: Stanku, 7 - Toko, 44; Funes, 49
“Qalatasaray” – “Balıkəsirspor” - 3:1
Qollar: Şedju, 16; Sneyder, 26; Yılmaz, 31 - Zek, 79