"Liverpool" İtaliyadan 3 futbolçu almaq istəyir

19:44 16 Fevral 2015

Bu gün yayılan söz-söhbətlərə görə, "Liverpul" Miralem Pyaniç, Nainqqolan və Keyta Baldeni ümumilikdə 75 milyon funta transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, "Roma"nın şərəfini qoruyan Pyaniç və Nainqqolan yayda "Liverpul"u tərk edəcək Stiven Cerrardın boşluğunu doldurmaq üçün nəzərdə tutulub. Hücum xəttini canlandırmaq üçün "Latsio"nun 19 yaşlı forvardı Keyta Balde Diaonun xidmətlərindən istifadə edilməsi planlaşdırılır. "Qırmızılar"ın bu 3 futbolçu üçün yaxın vaxtlarda danışıqlara başlamaq fikrində olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti