Premyer Liqada məşqçi istefası

11:53 12 Fevral 2015

İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa" baş məşqçisi Paul Lambertlə yolları ayırıb.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə deyilir ki, komandanın "Hall Siti"yə 0:2 hesablı məğlubiyyətindən sonra rəhbərlik P.Lamberti istefaya göndərməyə qərar verib.

Qeyd edək ki, "Aston Villa" hazırda ölkə çempionatının turnir cədvəlində 22 xalla 18-ci pillədədir.


Digər xəbərlər

Xəbər xətti