Bolqarıstan Bakıya 109 idmançı ilə gəlir

14:31 6 Fevral 2015

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Bolqarıstan yığmasının heyətinin sayı dəqiqləşib. 

Sportarena.az xəbər verir ki, ölkənin Milli Olimpiya Komitəsi Azərbaycana 109 idmançı ilə gələcəklərini bildirib.

Baltikyanı ölkə təmsilçisi Bakı-2015-də baş tutacaq 20 idman növündən cəmi 11-də qüvvəsini sınayacaq. Bolqarlar güləş idman növündə 24 çəki dərəcəsindən 23-də (16 kişi, 7 qadın) təmsil olunacaqlar. 11 boksçu (9 kişi, 2 qadın) ilə ölkəmizə gələcək komandanın heyətində həm kişilərdən, həm də qadınlardan ibarət voleybol yığmaları (14 kişi, 14 qadın) yer alacaq. 

Bundan başqa, gimnastikada 17 (8 kişi, 9 qadın), triatlonda 1 (qadın), qılıncoynatmada 2 (kişi), kanoedə 4 (3 kişi, 1 qadın), velosiped idmanında 2 (kişi), üzgüçülükdə 10, güllə atıcılığında 5 (3 kişi, 2 qadın) və samboda 6 (2 kişi, 4 qadın) idmançı ilə medallara sahib olmaq üçün mübarizəyə qoşulacaqlar.  


Digər xəbərlər

Xəbər xətti