Skolari milli komanda işlətmək istəmədi

05:44 6 Fevral 2015

Peru Futbol Federasiyası Braziliya millisinin sabiq başq məşqçisi, hazırda “Qremio”nu çalışdıran Luis Felipe Skolariyə təklif göndərib.

Sportarena.az xəbər verir ki, təcrünəli mütəxəssis sözügedən ölkənin millisində işləməkdən imtina edib.

O, vətənində qalmasına üstünlük verib.

Qeyd edək ki, daha əvvəl Peru yığmasına Pablo Benqoeçea rəhbərlik edib. 49 yaşlı uruqvaylı mütəxəssis ötən ilin dekabrında istefaya göndərilib. Skolari isə “Qremio”dan öncə Braziliya millisini çalışdırırdı. O, doğma divarlar arasında keçirilən dünya çempionatında fiaskoya uğrayıb. Braziliya yarımfinalda almanlara 7:1, üçüncü yer uğrunda matçda isə hollandlara 3:0 hesabı ilə uduzub. Bundan sonra komandadan uzaqlaşdırılan Skolarini bu postda “sambaçılar”ın sabiq kapitanı Dunqa əvəz edib.


Digər xəbərlər

Xəbər xətti