“Mançester Siti”nin yeni transferi “Barselona”ya qarşı forma geyinəcək

02:00 6 Fevral 2015

“Mançester Siti” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportarena.az xəbər verir ki, ingilis klubu hücumçusu Stefan Yovetiç və yeni transferi Vilfrid Boninin adlarını iştirak ərizəsinə salıb.

Hər iki futbolçu qitə miqyaslı ən nüfuzlu klub turnirinin 1/8 final çərçivəsində “Barselona” ilə görüşdə meydana çıxması gözlənilir.

Qeyd edək ki, bu komandalar arasında keçiriləcək ilk oyun fevralın 24-də İngiltərədə baş tutacaq. Cavab qarşılaşması isə martın 18-də reallaşacaq.

 


Digər xəbərlər

Xəbər xətti