Məşhur almaniyalı məşqçi öldü

14:00 5 Fevral 2015

Məşhur almaniyalı məşqçi Udo Lattek  dünyasını dəyişib.

Sportarena.az xarici mediaya istinadən xəbər verir ki, son zamanlar Parkinson xəstəliyindən əziyyət çəkən U.Lottek 80 yaşında vəfat edib.

Qeyd edək ki, U.Lottek məşqçi karyerası ərzində "Bavariya" (1970-1975, 1983-1987), Münhenqladbax "Borussiya"sı (1975-1979), "Barselona" (1981-1983), "Köln" (1987-1991), "Şalke" (1992-1993), Dortmund "Borussiya"sında (2000) işləyib. Səkkiz   bundesliqa, üç Almaniya kuboku, bir dəfə isə Çempionlar Liqası və UEFA kubokunu qazanan U.Lottek Almaniyanın ən yaxşı məşqçilərindən hesab olunurdu.

 


Digər xəbərlər

Xəbər xətti