Zlatan İbrahimoviç futbolçulara qadağa qoydu

23:08 4 Fevral 2015

PSJ oyundan sonra futbolçularına jurnalistlərə müsahibə verməsinə qadağa qoyub.

Sportarena.az xəbər verir ki, ötən gün səfərdə Fransa kubokunun “Lill”lə keçirilən yarımfinal matçından sonra paltar dəyişmə otağından öncə Paris klubunun hücumçusu Zlatan İbrahimoviç çıxıb.

Arxasınca gələn oyunçulara “heç kəs jurnalistlərlə danışmasın” - deyərək, media nümayəndələrinin yanından ötüb keçib. Həmkarlarımız isə “nə üçün” sualını verdik də, isveçli forvardının vacabı qısa olub - “Çünki mən şeməm”.

Qeyd edək ki, “Lill” – PSJ oyunu 0:1 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. Paris təmsilçisinin finalda rəqibi “Monako” – “Bastiya” cütünün qalibi olacaq.

 


Xəbər xətti