Millimiz Avropada 7-cidir

20:15 2 Fevral 2015

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Sportarena.az xəbər verir ki, 2015-ci ilin ilk ayının yekunlarının da əks olunduğu siyahıda planetin 97 millisi yer alıb.  Daha 54 komanda isə son illərdə az oyun keçirdiyindən əlavə cədvələ daxil edilib.

Ötən müddətdə futzal millilərinin iştirakı ilə az sayda oyun keçirildiyindən siyahıda ciddi dəyişikliklər olmayıb. Ən güclü 20 komandanın mövqeyi isə ümumiyyətlə dəyişməz qalıb.

Hesabında 1393 xal olan Azərbaycan yığması da 12-ci pillədə qalıb. Millimiz Avropa yığmaları arasında 7-cidi. AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Ukrayna  8-ci, Belçika 29-cu, Danimarka 57-cidi.

 

Dünyanın ən güclü 20 millisi

1. İspaniya - 1917

2. Braziliya - 1910

3. Rusiya – 1739

4. İtaliya - 1730

5. Argentina – 1684

6. Portuqaliya - 1618

7. İran - 1599

8. Ukrayna – 1472

9. Çexiya - 1416

10. Kolumbiya - 1415

11. Yaponiya - 1401

12. AZƏRBAYCAN – 1393

13. Paraqvay - 1384

14. Sloveniya – 1362

15. Rumıniya - 1329

16. Xorvatiya - 1318

17. Serbiya - 1301

18. Tailand - 1295

19. Özbəkistan - 1259

20. Qvatemala -1241


Digər xəbərlər

Xəbər xətti