"Çelsi" yarımmüdafiəçisini almanlara satır

11:15 30 Yanvar 2015

“Çelsi”in yarımmüdafiəçisi Andre Şurrle yenidən ölkəsinə qayıdır.

 Sportarena.az saytının məlumatına görə, almaniyalı futbolçu “Volfsburq”a keçməyə çox yaxındı.

 Bundesliqa təmsilçisi 24 yaşlı oyunçu ilə ilkin razılığa da gəlib. Lakin “Volfsburq”  rəhbərliyi Şurrlenin transferi üçün hələ ki, “zadəganlar”la danışıqlar aparır. Alman klubu Andrenin keçidi üçün “Çelsi”yə 27 milyon avro ödəməyə hazırdı. İngilislərin tələbi isə 30 milyon avrodu. Əgər transfer baş tutarsa, “Volfsburq” hücumçusu İvitsa Oliçi  “Hamburq”a buraxmağa icazə verəcək.

 Qeyd edək ki, Andre Şurrle cari mövsümdə İngiltərə Premyer Liqasında 14 matçda forma geyinib və rəqib qapılarından 3 top keçirib. O, yalnız əsas heyətdə meydana 5 oyunda çıxmaq şansı əldə edib.


Digər xəbərlər

Xəbər xətti