"Kordoba" ilə La Liqa matçında rəqibini vurduğu üçün meydandan qovulan "Real"ın hücumçusu Kriştiano Ronaldonun cəzası bəlli olub.
Sportarena.az xəbər verir ki, İntizam Komitəsi etdiyi hərəkətə görə portuqaliyalı futbolçuya iki oyunluq cəza verib. Bu isə o deməkdir ki, Ronaldo "Real Sosyedad" və "Sevilya" ilə görüşlərdə komandasına kömək edə bilməyəcək.