İran Futbol Federasiyasından futbolçulara “SELFİE” QADAĞASI

14:25 20 Yanvar 2015

İran Futbol Federasiyası ölkə millisinin üzvlərinə xəbərdarlıq edib. 
 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Federasiya Afrika kubok oyunları zamanı futbolçuların qadın azarkeşlərlə “selfie” çəkdirmələrini qadağan edib. 

İran Futbol Federasiyasının nümayəndəsi Əli Əkbər Muhəmmədzadə açıqlamasında futboçuların qadınlarla şəkil çəkdirməklərinə icazə vermədiklərini bildirib:

“Biz futbolçularımızın qadın azarkeşlərlə şəkil çəkdirməklərinə icazə vermirik. Bu şəkillər daha sonra ölkəmizə qarşı siyasi vasitə kimi istifadə edilə bilər. Əgər oyunçular bunu nəzərə almasalar ciddi şəkildə cəzalandırılacaqlar”. 


Digər xəbərlər

Xəbər xətti