Vaqif Sadıqov : "Onları ölkə futboluna qazandırmalıyıq" - AÇIQLAMA

13:29 16 Yanvar 2015

Antalya şəhərində Azərbaycan Premyer Liqası klublarının hazırlıq prosesini izləyən AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov aşağı yaş qruplarına daxil olan futbolçuların yetişməsi istiqamətində görülən işlərlə bağlı fikirlərini bildirib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, yeni nəsildə bacarıqlı futbolçuların az olmadığını söyləyib:

“AFFA tərəfindən müxtəlif yaş qruplarına aid yığma komandalar üçün mütəmadi təlim-məşq toplanışları təşkil olunur. Bu, futbolçuların daimi oyun praktikası qazanmasına kömək edir. Biz isə yetişməkdə olan gənc nəslin peşəkar futbolçu dövrünə keçid mərhələsində itib-batması üzərində fikirləşməliyik. Yeni nəsildə bacarıqlı futbolçular az deyil. Çalışıb, onları ölkə futboluna qazandırmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti